Doğum günündə, 25 yaşının tamamında, noyabrın 8-də-ŞUŞADA ŞƏHİDLİK MƏQAMINA UCALAN ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ XƏYYAM ƏLİ OĞLU ƏZİZOV… – FOTOLAR

Xəyyam Əli oğlu Əzizov…

Əfsanəvi Xüsusi Təyinatlı, İkinci Vətən Müharibəsi Şəhidi…

Qorxmaz, Cəsur, İgid, Qəhrəman Azərbaycan övladı, Vətən sevdalısı…

Doğulduğu tarixdə, 25 yaşının tamamında, 8 noyabrda Şəhidlik məqamına ucalan Vətən fədaisi…

Xəyyam Əzizov 8 noyabr 1995-ci il tarixində Neftçala rayonunun Qoltuq kəndində sadə bir ailədə dünyaya gəlib…

Ailədə iki övlad, iki qardaş olublar…

2002-ci ildə Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziya məktəbinin 1-ci sinfinə daxil olub və 2006-cı ildə ibtidai sinfini başa vurduqdan sonra Neftçala şəhər Humanitar Təmayüllü Muğan liseyində təhsilini davam etdirib…

Uşaqlıqdan hərb sənətinə böyük marağı və həvəsi olub…

Odur ki, 2010-cu ildə 8-ci sinfi başa vuraraq, Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsilini davam etdirib və 2013-cü ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub…

2017-ci ildə həmin məktəbi bitirib və ona Leytenant hərbi rütbəsi verilib…

Eyni zamanda, Xəyyam öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kursunu keçərək zabit kimi xidmətinə davam edib…

O, həmçinin, xidməti dövründə bir neçə xarici ölkədə dağçılıq, xizəkçilik və paraşütçülük kurslarını yüksək göstəricilərlə başa vurub…

2020-ci ildə isə Xəyyama Baş leytenant hərbi rütbəsi verilib və həmin il Rusiyanın Moskva şəhərində keçirilən qələbə paradında Azərbaycanı layiqincə təmsil edib…

2020-ci ilin sentyabr ayının 27-də isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin, Qarabağın azad edilməsi üçün başlanan İkinci Vətən Müharibəsinə qatılıb…

Şərəfli və uzun döyüş yolu 42 gün çəkib…

Cəbrayılın, Füzulinin, Xocavəndin, Hadrut qəsəbəsinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlar nümayiş etdirib…

Hətta döyüş tapşırığının yerinə yetirilməsi zamanı ayağından ağır yaralanmasına baxmayaraq, döyüş bölgəsindən təxliyə edilməsinə razı olmayıb, sona kimi mübarizəni davam etdirib…

Sonuncu dəfə ailəsi ilə Şəhidliyindən 10 gün öncə, oktyabrın 28-də danışıb…

Və noyabr ayının 8-də, 25 yaşının tamam olduğu və Şuşa şəhəri işğaldan azad edildiyi gün Şuşada qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb…

Nəşi Neftçala rayon mərkəzi qəbirstanlığında dəfn olunub, Əbədiyyətə uğurlanıb… 

Şəhidliyindən öncə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, Şəhidliyindən sonra isə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib…

Xəyyam həm də subay olub…

Anası Aidə Əzizova isə mətbuata açıqlamasında bildirib ki, Xəyyam onların üzünü ağ edib, düşmən qarşısından geri çəkilməyib.

“İkinci Vətən Müharibəsi başlandığı gündən oğlum Qarabağda 42 gün şücaətlə vuruşdu. Bu 42 gündə hər həftədə bir dəfə zəng edib hal-əhval tuturdu. Oktyabrın 29-u sonuncu danışığı oldu. Dedi ki, darıxmayın, az qalıb, qələbəmiz olacaq, ondan sonra qayıdacam evə. Müharibənin sonuncu günü şəhid oldu. Onun xatirələri haqqında danışmaq mənim üçün çox çətindir. Şəhidlik böyük zirvədir, qürurdur. Mənim də oğlum qürurla yaşadı, şərəflə həlak oldu”-deyə, Şəhid anası sözlərinə əlavə edib.

Bəli, İgidliklərlə, Qəhrəmanlıqlarla dolu bir ömür yolu…

Qısa, lakin Şərəfli, Qürurlu, Fəxrli, Fəxarətli Şəhid ömrü…

Xəyyam ömrü, Xəyyam həyat yolu…

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

           

Read Previous

“Kamilin Tunarla şəkli var…Həmin vaxt Tunar cəmi iki aylıq idi…Həmin şəkli, fotonu da həyat yoldaşı çəkib…Kamil yoldaşına deyib ki, Zəhra, nə yaxşı şəkildir…Bunu mən Şəhid olanda paylaşarsan…”-ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, “QARABAĞ” ORDENLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ KAMİL ŞİRİNOVUN ANASI KÖNÜL ŞİRİNOVA – FOTOLAR

Read Next

“Nida işarəsini 8 noyabr 2020-ci ildə Şuşada qoyduq…Ümid edirəm ki, Ermənistan sülh şansını qaçırmayacaq…”-İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir