Bu gün Şəhid, qəhrəman döyüşçümüz Həsənov Teymur Mahal oğlunun cənnətdəki ilk doğum günüdür.
Etikxeber.az xəbər verir ki, bu münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının bir qrup fəal üzvü 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan Şəhid əsgərimizin II Fəxri Xiyabandakı məzarını və onun valideyinlərini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.

Ziyarət zamanı YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycan dövlətinin, xüsusilə, ölkə Prezidentinin, eləcə də, Birinci vitse prezident Mehriban Əliyevanın şəhid, qazi və müharibə veteranlarına olan dövlət qayğısından danışaraq, Şəhidlərimizin işıqlı xatirəsinin gələcək nəsillərin yaddaşında qalacağını və qəlbində əbədi yaşayacağını qeyd edib.
O, qeyd edib ki, bu gün dövlət başçısının şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət cəmiyyətin hər üzvü üçün örnək olmalıdır.




Etikxeber.az