Doğum gününüz mübarək, Şəhidlər Anası Sevinc Ana! Bütün Azərbaycan Sizin qarşınızda baş əyir!-KAMİL HƏMZƏOĞLU YAZDI

Sevinc Ana, Sevinc Anam, Sevinc bacım…

Analar anası…Qəhrəmanlar, İgidlər, Fədailər anası…

Qohumum, yerlim, Goranboylum…

Dik Duruşlu, Məğrur, Qürurlu ana…

Örnək, Nümunə ana…

Əsl Şəhid anası…

Hər iki övladını, hər iki oğlunu bir gündə-eyni gündə Şəhid vermiş tək-tənha Ana…

Bu gün doğum gününüzdür, bu gün 56 yaşınız tamam olur…

Deyəcəksiniz ki, eh…mən nə hayda, sən, siz nə hayda…

Nə yaş, nə doğum günü…

Amma…

Bu gün Azərbaycanda doğum gününü qeyd etməyə, ad günü elliklə təbrik olunmağa layiq olan, bunu HAQQ edən tək-tük İnsanlardan, birincilərdənsiniz…

Məhz Siz ad gününü qeyd etməyi, təbrik olumağı Haqq edirsiniz…

Çünki Siz minbir əzab-əziyyətlərlə böyütdüyünüz iki OĞLUNUZU, iki İGİDİNİZİ-Əliİslamı bu Vətən yolunda Şəhid vermisiniz…

Çünki məhz Siz 28 aydır dözülməz, çəkilməz DƏRD, ACI çəkirsiniz, yaşayırsınz, dözürsünüz…Kimsənin də qarşısında əyilmədən, bükülmədən, sınmadan…

Qürurunuzla, Şərəfinizlə, Mənliyinizlə, Dik, Onurlu duruşunuzla…

Odur ki, Sizi doğum gününüz münasibəti ilə təbrik edir, Sizə balalarınızın ruhları, xatirələrinin yaşaması, yaşadılması xatirinə Böyük Yaradanımızdan uzun ömür, can sağlığı, səbr və dözüm arzulayıram…

Sizi ürəkdən, səmimi qəlbdən öpürəm və bağrıma basıram…

Sizin qarşınızda baş əyirəm, bütün Azərbaycan Sizin qarşınızda baş əyir!

Sizin əllərinizdən öpürəm, bütün Azərbaycan Sizin əllərinizdən öpür!

Sizi bir daha təbrik edirəm, bütün Azərbaycan Sizi TƏBRİK edir!

Allah Sizi qorusun, Qəhrəman-Qəhrəmanlar Anası!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sıxlıq olan yollar-BAKIDA…

Read Next

Dumanlı hava olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir