Dohada erməni təxribatının qarşısı alındı

Azərbaycanlı və erməni deputatlar qarşı-qarşıya gəldilər

Beynəlxalq Parlamentlərarası İttifaqı (BPİ) Qətərin paytaxtı Dohada “Sülh, təhlükəsizlik və qanunun aliliyi üzrə təhsilin səviyyəsinin artırlımasında parlamentlərin rolu” mövzusunda keçirilən iclasında erməni təxribatının qarşısı alınıb.

Oxu.Az-ın Azərbaycanın BPİ-dəki nümayəndə heyətindən əldə etdiyi məlumata görə, iclasda “Sülhü sarsıdan və insan hüquqlarını pozan vasitə kimi muzdlulardan istifadənin yolverilməzliyi” adlı qətnamə layihəsi müzakirə olunub və azərbaycanlı deputatlar tərəfindən layihəyə bir sıra dəyişikliklər təklif olunub.

Bildirilib ki, təklif olunan dəyişikliklər  qətnaməyə dövlətlərin ərazi bütövlüyü ilə yanaşı, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı ifadəsinin də əlavə olunmasını nəzərdə tutur. İclasda dəyişiklik səsə qoyulub və Ermənistan tərəfinin etirazlarına baxmayaraq yekdilliklə qəbul edilib.

Həmçinin, bildirilib ki, Assambleyada Ermənistan nümayəndə heyəti növbəti təxribata əl ataraq, qətnamə layihəsinə dair bütün mətn üzrə ərazi bötüvlüyü ifadəsinin çıxarılmasını və xalqların öz müqəddəratını təyin etmək hüququ ifadəsinin əlavə olunmasını nəzərdə tutan 9 təklif irəli sürüb.

IMAG3532

Həmin təkliflərin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti etiraz edərək, onların qəbuledilməzliyini önə cəkiblər.

Səsvermə nəticəsində Ermənistan deputatlarının irəli sürdüyü təkliflərin heç biri qəbul edilməyib, əksinə, qətnamə layihəsinin adında ərazi bütövlüyü ifadəsinin əlavə edilməsi məqsədəuyğun hesab olunub.

Qeyd edək ki,  Azərbaycanı BPİ-nin iclasında  millət vəkilləri Şahin İsmayılov, Kamran Bayramov və Sona Əliyeva təmsil  ediblər.

Həmçinin, qeyd edək ki, tədbirə dünyanın 150-dən artıq ölkəsindən 2200-dən çox nümayəndə qatılıb.

Açılış mərasimində Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Qətər Parlamentinin sədri Əhməd bin Abdullah Al Mahmud, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron və baş katibi Martin Çunqonq nitq söyləyiblər, sonra BMT-nin baş katibi Antonio Qutierreşin videomüraciəti nümayiş etdirilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Azərbayca bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalır- KOMİTƏ SƏDRİ

Read Next

“Bəzi ailələr və valideynlər var ki, övladlarının təhsil ailmasını istəmir” – ELŞƏN MUSAYEV – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir