Dolların sabaha olan məzənnəsi 1,77 manatı ötüb

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 30-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Etikxeber.az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,3% artaraq 1,7707 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dolların məzənnəsi 1,7662 manata bərabər olub.

Xatırladaq ki, bu gün AMB-də Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7662 məzənnəsi ilə başlayıb və 1,7707 məzənnəsi ilə yekunlaşıb.

Etikxeber.az

 

Read Previous

Əliyevlə xanımı Zabratda açılışa qatıldılar – FOTO – YENİLƏNİB

Read Next

Lerikdə zəlzələ baş verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir