Dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq-SABAH

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidormeteorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

Etikxeber.az

Read Previous

Adını daşıdığı əmisi ilə eyni taleyi yaşayan-Şəhadətə qovuşan-İMİŞLİLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELDƏNİZ HÜSEYNOVUN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, SABAH 28 YAŞI TAMAM OLUR…

Read Next

Tək övladını Şəhid vermiş Arzu Hüseynova ana və atasını vaxtsız itirmiş-BƏRDƏLİ QAZİ SAMİR SÜLEYMANOVA TOY ETDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir