70 yaşlı Tramp əslində kimdir? – FOTOLAR

Bu gün ABŞ tarixində 45-ci prezidentin adı məlum olub.

Etikxeber.az-ın məlumatına görə, bu, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampdır.

O, bu gün keçirilən seçkilərdə Demokratlar Partiyasından prezidentliyə namizəd olan rəqibi Hillari Klintona gərgin seçki mübarizəsində qalib gələrək, ABŞ-ın yeni prezidenti seşilib.

Belə ki, o, 285 səs qazanaraq 70 səs çoxluğu ilə rəqibini geridə qoyub.

Bəs, D. Tamp kimdir?

Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı).

Atası – Fred Krist Tramp (11.10.1905, Vudheyvn, Nyu-York, ABŞ — 25.06.1999).

Anası — Meri Enn Maklaud (10.05.1912, Tonq, Stornovey, Lyuis adası, Şotlandiya — 7.08.2000); 1930-cu ildə 18 yaşında Nyu-Yorka bayram şənliklərinə gedir və orada bir inşaatçıya rast gələrək orada qalır. Toyları 1936-cı ildə olub.

Donaldın ata tərəfindən baba və nənəsi alman immiqrantları olublar: Frederik Tramp (ilk adlanması Fridrix Trump, 14.03.1869, Kalşdtadt, Reynland-Pfals — 30.03.1918) ABŞ-a 1885-ci ildə miqrasiya edib, 1892-ci ildə vətəndaşlıq alıb; onun həyat yoldaşı — Elizabet Krayst (10.10.1880 — 6.06.1966). 1902-ci ildə Kalştadtda, reynland-Pfalsada evləniblər.

Ana xətti ilə D.Tramp şotlanddır.

Tarmpın iki qardaşı və iki bacısı var — Fred (kiçik), vəfat edib, Robert, Mariann və Elizabet. Böyük bacısı Marianna Tramp Barri — federal apelyasiya məhkəməsinin hakimi, bacısı oğlu Devid Dezmond ABŞ-da məşhur neyropsixoloq və yazıçısıdır.

Tramp Kuinsdə Forest-Hilsdə Kyu-Forest məktəbində oxuyub və 13 yaşında çətinliklərlə üzləşib. Valideynləri onun enerjisini və özünə inamını lazımi yola yönəltmək ümidi ilə şəxsi «Nyu-York hərbi akademiyası» məktəb-internatına göndəriblər. Orada Tramp məktəbin mükafatlarını alır, 1962 və 1963-cü illərdə futbol komandalarında, 1962—1964-cü illərdə beysbol komandalarında oynayır (1964-cü ildə komandanın kapitanı olur). Məşhur beysbol məşqçisi Ted Dobias 1964-cü ildə onu prestijli “Məşqçi” mükafatı ilə mükafatlandırır.

1964-cü ildə S4 kursant kapitanı rütbəsində olan Donald və kursant birinci serjantı Cef Donaldson ilə birlikdə Barışıq Günündə Beşinci Avenyda kursantların sıra yürüşünü təşkil etdilər.

Tramp karyerasını atasının yanında və ilk dövrdə atasının məsləhəti ilə Bruklinddə, Kuinsdə və Staten-Aylenddə orta sinif üçün nəzərdə tutulan evlərin icarəsi sahəsində başlayır. O hələ kollecdə təhsil alarkən Ohayo ştatında, Sinsinati şəhərində 1 200 mənzillik binanın modernləşməsindən başlayır : o prosesə başlayanda mənzillərin 66 faizi icarədə idi, Donald isə onu 100 faizə çatdıraraq binanı sata bilir. Bunun sayəsində Trump Organization şirkəti binanı “Svift-Villic” şirkətinə 12 milyon dollara satır və 6 milyon dollar təmiz gəlir götürür.

1971-ci ildə Tramp Manhettenə gəlir. O burada böyük imkanlar gördü. Manhettehdə memar layihələndiriliməsinə görə böyük gəlir gətirə bilən tikinti layihələri həyata keçirmək mükün idi. İlk növbədə Vest-Saydıb mərkəzi hissəsində köhnə Pensilvaniya sahələrində inşaat icazəsi alır. Sonradan iflas olan Kommodor hotelini modernləşdirməklə onu yeni “Qrand- Hayatt” hotelinə çevirmək üçün 40 faizlik vergi güzəştinə nail olur.

Tramp öz torpağında tikilən Ceykoba Cevitsa konfrans mərkəzinin baş çatmasında iştirak edir. Bu məsələdə trampla Nyu-York administrasiyası üz-üzə gəir : Tramp bu layihəni 110 milyon dollara qiymətləndirir, administrasiya isə onu 750 milyondan 1 milyarda dollara qədər qiymətləndirir. Bu məslədə Donaldın təklifi qəbul edlmir.

Eyni vəziyyət şəhər administrasiyasının Nyu-York mərkəzi parkında Uolmen-Rink katokunun yenidən qurulumasında da baş verdi. Layihənin icrasına 1980-ci ildə başlandı və iki il yarıma nəzərdə tutulmuşdu. Ancaq işə 12 milyon dollar sərf edilsə də hətta 1986-cı ilə də iş başa çatmadı. Tramp obyekti pulsuz qəbul edərək onu öz hesabına başa çatdırmağı təklif etdi. Ona imtina etdilər və bu barədə yerli mətbuat yazmağa başladılar. Sonda Tramp bu razılığı aldı və nəzərdə tutlan 3 milyon dillardan 750 min dollarını qənaət etdi və altı aya işi başa çatdırdı.

Beləliklə, ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat yazıçı, “Trump Organization” tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump Entertainment Resorts şirkətinin yaradıcısı. Tramp “Namizəd” realiti-şousunun icraçı prodüsseri və aparıcısıdır. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur.

Onu da qeyd edək ki,  Tramp 16 iyun 2015-ci il tarixində 2016-cı ildə ABŞ-da prezident postu uğrunda seçkilərə qoşulacağını bildirmişdi. 2016-cı ilin may ayında isə digər namizədlərə, yəni, ABŞ Pespublikaçılar Partyasının praymerizində qalib gələrək  partiyanın faktiki namizədi olmuşdu.

tramp-1tramp-11-1

tramp-2

tramp-3

tramp-4tramp-5

tramp-6

tramp-7

 

Etikxeber.az

Read Previous

Tramp ABŞ-ın yeni prezidenti seçildi – YENİLƏNİB

Read Next

Qızıl kimdədirsə, qızıl qanun da ondadır! – ZAHİD ORUCUN yazısı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir