“Donetsk bölgəsini nə qədər çox insan tərk edərsə, rus ordusunun sizi öldürməsi üçün fürsəti bir o qədər az olacaq”-ZELENSKİ ƏMR VERDİ

Ukrayna prezidenti Volodimir Zelenski şiddətli döyüşlərin getdiyi Donetsk vilayətində insanların məcburi təxliyəsinə göstəriş verib.

Etikxeber.az məlumat verir ki, bu barədə Zelenski videomüraciət ünvanlayıb.

O, bildirib ki, Donbass bölgələrində yüz minlərlə insan yaşayaır.

“Yüz minlərlə insan, on minlərlə uşaq var. Çoxları getməkdən imtina edir. Bunu həqiqətən etmək lazımdır. Bu nə qədər tez baş verərsə, Donetsk bölgəsini nə qədər çox insan tərk edərsə, rus ordusunun sizi öldürməsi üçün fürsəti bir o qədər az olacaq. Əgər belədirsə, lütfən, döyüş bölgələrində qalanlarla danışın. Xahiş edirəm, onları bölgəni tərk etməli olduqlarına inandırın”-deyən Zelenski bölgəni tərk edən sakinlərə kompensasiya veriləcəyini də vurğulayıb.

Digər tərəfdən, yerli KİV-in məlumatına görə, baş nazirin müavini İrina Vereşçuk bildirib ki, bölgənin təbii qaz ehtiyatları məhv edilib.

Buna görə də təxliyə qış başlayana qədər aparılmalıdır.

Etikxeber.az

Read Previous

Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Goranboy Şəhidləri: İki dost, iki qonşu-Arif Süleymanov və Məhəmməd Əşrəfov, cəmi 4 ayın içində hər iki oğlunu itirən Behbudovlar ailəsi… Arif Süleymanov, Məhəmməd Əşrəfov və Nofəl Behbudovun anasına-“VƏTƏN NAMİNƏ” ŞƏHİD AİLƏLƏRİNƏ DƏSTƏK İCTİMAİ BİRLİYİNİN “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir