“Dönüş nöqtəsi avqustun ikinci yarısında olacaq…”-UKRAYNA MN-İN KƏŞFİYYAT İDARƏSİNİN RƏİSİ

Rusiya ilə müharibə o qədər yaxşı gedir ki, avqustun ortalarında dönüş nöqtəsinə çatacaq.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin (MN) Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “SkyNews” telekanalına eksklüziv müsahibəsində deyib.

 Bildirib ki ilin sonuna qədər müharibə tam başa çatacaq.

“Dönüş nöqtəsi avqustun ikinci yarısında olacaq. Bu ilin sonuna kimi aktiv döyüş əməliyyatlarının böyük hissəsi başa çatacaq. Nəticədə biz itirdiyimiz bütün ərazilərimizdə, o cümlədən Donbasda və Krımda Ukraynanın gücünü bərpa edəcəyik”– deyən Budanov bildirib ki, Rusiyanın döyüş əməliyyatları aparmaq taktikası dəyişməyib və düşmən böyük itkilər verir.

Eyni zamanda o, bildirib ki, Avropa Rusiyanın gücündən əbəs yerə qorxur.

Budanov bunun mif oldduğunu deyib.

“Onlar göründüyü qədər güclü deyil. Bu, silahı olan insan dəstəsidir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Hava yenidən qeyri-sabit-KEÇƏCƏK

Read Next

4 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir