Doqquz bankın əmanətçilərinə 252 milyon manatdan çox kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu sentyabrın 15-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 30 milyon 268 min manat, “Zaminbank” ASC-nin əmanətçilərinə 43 milyon 995 min manat, “Kredobank” ASC-nin əmanətçilərinə 16 milyon 852 min manat, “Dekabank” ASC-nin əmanətçilərinə isə 2 milyon 763 min manatdan artıq kompensasiya ödəyib.

Fonddan Etikxeber.az-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 93 milyon 878 min manatdan çoxdur.

Eyni zamanda, “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə, 13 milyon 703 min manatdan çox kompensasiya ödənilib ki, bunun da 12 milyon 176 min manatı “Atrabank”ın, 1 milyon 527 min manatı “Qafqaz İnkişaf Bankı”nın payına düşür.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 91 min, “Gəncəbank” ASC-nin əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin əmanətçilərinə isə 119 milyon 770 min manatdan çox kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 786 min manatdan çoxdur.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 252 milyon 367 min manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Etikxeber.az

Read Previous

Qənirə Paşayeva İrandan izahat tələb etdi

Read Next

Atəşkəs rejimi 9 dəfə pozulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir