Dörd ilyarım və ya sabah Onun Əbədiyyətə uğurlanmasından beş il ötür… – KAMİL HƏMZƏOĞLU YAZIR

Düz 5 il keçir Şəhidliyindən, Şəhadətindən…

Ağrılı-acılı, üzüntülü…5 il…

Sabah Onun Əbədiyyətə, Haqqın Dərgahına uğurlandığı gündür, Anım Günüdür…

Düz 5 ildir ki, Əbədiyyətdədir, Haqqın Dərgahındadır…

Bizlərin çata, yetişə bilməyəcəyi ən Ali məqamda, ən Uca Zirvədədir…

Onun adı Cəmildir…

Nur üzlü, özü kimi iki Qəhrəman Oğulun qardaşı Cəmil Həşimli…

Anası tərəfindən təkbaşına, minbir çətinliklərlə böyüyüb boya-başa çatmış Kürdəmirli Cəmil Həşimli…

Onun adını ilk dəfə 2021-ci ilin yazında Mingəçevirdə olarkən eşit(miş)dim…

Həmin gün Mingəçevirdə tək və subay oğul Fuad Xankişiyevin adını daşıyan “Şəhid bulağı”nın açılışı idi…

Bərdəli Şəhid anaları ilə birlikdə Cəmilimizin anası Simuzər xanım da açılışa gəlmişdi…

Mən də fürsətdən istifadə edib həmin Şəhid anları, o cümlədən Simuzər xanımla tanış oldum…

Bildirdi ki, Kürdəmirdən gəlib, Cəmil Həşimlinin anasıdır…

Və o vaxtdan da Cəmilimizin adı, soyadı əbədilik, əbədiyyən ürəyimə, beynimə, yaddaşıma həkk olundu…

Və az sonra Simuzər xanımın dəvətilə Kürdəmirə-Şəhid ailələrini, o cümlədən Cəmilimizin ocağını ziyarətə getdim…

Və o vaxtdan da, 4 ilyarımdan da çoxdur ki, Cəmilimizin ailəsini öz ailəm bilirəm, Cəmilimizin ocağını o ocağım bilirəm…

Mənə o qədər, mənə o dərəcədə əzizdir, doğmadır Cəmil və Cəmil ocağı…

Və sabah Onun Anım Günüdür…

Ruhu şad, məkanı cənnətlik olsun!

Müqəddəs ruhu qarşısında ehtiramla baş əyirəm!

Nur içində uyusun, Nur üzlümüz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının rəhbəri

Read Previous

Müəllimlər Günü VƏ VƏTƏN YOLUNDA ŞƏHİD VERMİŞ QƏHRƏMAN MÜƏLLİMLƏR… – FOTOLAR

Read Next

Xüsusi Təyinatlı, “Qarabağ” ordenli, üç övladı Vətənə əmanət qalan Kamran Kazımovun Anım Günündə-MƏZARI ZİYARƏT EDİLDİ, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir