“DOST” dost olacaqmı? – RƏY(LƏR)

Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradılması çox müsbət və əhəmiyyətli addımdır. Bütün Azərbaycan vətəndaşları dövlət başçısının bu yöndəki məlum fərmanını çox yüksək qiymətləndirir və müsbət qarşılayırlar.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, “DOST” belə demək mümkünsə, Azərbaycanın ikinci “ASAN”ıdır:

dosttt

“Bildiyiniz kimi, düz 6 il öncə, 2012-ci ilin 13 iyul tarixində Azərbaycanda nəinki keçmiş postsovet məkanında, MDB-də, ümumiyyətlə, dünyada analoqu olmayan bir qurum- Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi -“ASAN xidmət yaradıldı.
Bu Xidmət ölkədə vətəndaş mənmunluğunun yaradılması, təmin edilməsi, bir sıra sahələrdə illərlə mövcud olan, bir-birinin üstünə qalaqlanan problemlərin, bürokratik əngəllərin, məmur süründürməçiliyinin qarşısının alınması məqsədilə formalaşdırılmışdı və ötən 6 illik fəaliyyəti dövründə də qarşısına qoyulan vəzifələrin öhdəsindən tam uğurla gələ bildi.

Bu Xidmət bütövlükdə Azərbaycan əmiyyəti tərəfindən birmənalı şəkildə qəbul olundu və bu gün də insanlar həmin Xidmətin fəaliyyətindən tam razıdır. Hətta, bu qurum dünya üçün bir model oldu, bir çox ölkələr ondan yararlanmağın vacibliyini dilə gətirdilər.İndi isə belə bir agentliyin-“DOST”-un yaradılması ilə bağlı fərmanın verilməsi Azərbaycan dövləti və dövlət başçısının bu prosesin davam etdirilməsində nə qədər maraqlı və israrlı olduğunun göstəricididir.

Yəni, dövlət siyasətinin və dövlət başçısının fəaliyyətinin baş-ana xəttini insanlarımızın məmnunluğu, onları rifahı, təhlükəsizliyi təşkil edir. Bu baxımdan hesab edirəm ki, fəaliyyətə başlaması ilə bu qurum da çox qısa zaman ərzində onun üzərinə qoyulan vəzifələrin öhdəsindən uğurla gələ biləcək, Azərbaycanda dövlət-vətəndaş münasibətlərində əsl etimad, etibar mühiti, şəffaflıq yaranacaq. Həm vətəndaş, həm də dövlət bundan məmnun, razı qalacaq”.

jala

eldeniz salimovvv

Millət vəkili Eldəniz Səlimov da dövlət başçısının fərmanını təqdirəlayiq hadisə kimi qiymətləndirib.

Bildirib ki, əslində buna ehtiyac vardı və son fəraman də məhz bu ehtiyacın ödənilməsi məqsədi ilə verildi.

“Çox təəssüflər olsun ki, Azərbaycanda böyük, dinamik, sürətli inkiaf getsə də, Azərbaycan dünyanın lider dövlətləri sırasında öncül mövqelərdə bərqərar olsa da, bəzi sahələrdə hələ də problemlər qalmaqda idi.Bu haqda tez-tez parlamentin komitə və plenar iclaslarında da həmkarlarımız tərəfindən iradlar, tənqidlər və konstruktiv təklif səslənirdi. Yəni, bir sıra məsələlərdə vətəndaşların incidilməsi, süründürməçilik, məmur özbaşınalığı, bürokratiya halları yaşanır və davam edirdi.

Düzdür, bu halların qarşısının alınması üçün dövlət, dövlər rəhbəri tərəfindən mütəmadi addımlar atılır, fərman və sərəncamlar verilir, yerində olmayan məmurlarla bağlı ciddi ölçülər götütülürdü, elə “ASAN xidmət”in yaradılması və effektli fəaliyyətini buna misal göstərmək olar, amma bununla belə, hələ də özlərini qanunlardan yuxarı görənlər tapılırdı.

Təbii ki, bu kimi hallar da Azərbaycan dövlətini, ilk növbədə də hər bir addımında Azərbaycan vətəndaşını düşünən ölkə prezidentini heç cür razı sala, qane edə bilməzdi. Xatırlayırsınızsa, istər 4 iyul müşavirəsində, istərsə də 8 iyul iclasında ölkə prezidenti bu istiqamətdə ciddi xəbərdarlıq etmişdi, bürokratik əngəllərə, məmur özbaşınalğına dözülməzycəyini bəyan etmişdi. Odur ki, bu fəramanı həm də həmin tarixi toplantıların məntiqi davamı və yekunu kimi də qiymətləndirmək olar.Hesab edirəm ki, “DOST” çox qısa dövrdə hamının “DOST” olacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“DOST” yaradıldı – FƏRMAN

Read Next

DİN-dən Ramanadakı qanlı olayla bağlı AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir