“Dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək”-ƏLİYEV MELONİNİ TƏBRİK ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Ciorcia Melonini ən uzun müddət vəzifədə olması münasibətilə təbrik edib.

Etikxeber.az xəbər verir ki, bu barədə dövlətimizin başçısının “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində çalışan şəxs olması münasibətilə İtaliyanın Baş naziri Ciorcia Meloniyə səmimi təbriklərimi çatdırıram.

Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının ona olan etimadını əks etdirir.

Baş nazir Meloninin Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirirəm.

Əminəm ki, dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək”, – təbrikdə deyilir.

Etikxeber.az

Read Previous

Qazi ailəsində dünyaya gəldi, evin tək və subay oğlu, iki bacının tək qardaşı idi…İkinci Vətən Müharibəsində, cəmi 19 yaşında Şəhadətə qovuşdu – İki qardaşdan biriydi…Atasını 2014-cü ildə, anasını 2020-ci ildə itirdi…Ali-hərbi təhsilli, peşəkar hərbçiydi…28 yaşının tamamından cəmi 15 gün sonra-2023-ci ilin 19 sentyabrında Antiterror əməliyyatında Şəhid oldu, tək qardaşı Vətənə əmanət qaldı-BU GÜN CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİ OLAN ASİM CƏFƏRLİ VƏ RUSLAN ABBASOV – FOTOLAR

Read Next

Tək övlad-Şəhid Samir Əliyevin anası-ÜMRƏ ZİYARƏTİNDƏN QAYITDI… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir