“Dostunu göstər…və ya Azərbaycana maraq hər zamankından daha da çoxdur…”-JALƏ ƏLİYEVA AZƏRBAYCAN-İTALİYA MÜNASİBƏTLƏRİNDƏN YAZIR – (BİRİNCİ HİSSƏ)

Biz 44 günlük şanlı mübarizəmizdən sonra, qələbəmizdən sonra çox qısa müddətdə quruculuq işlərinə başladıq, itirilmiş torpaqlarımızda, yenidən azad etdiyimiz, bizim olan torpaqlarımızda quruculuq işlərinə start verdik.

Bu gün Azərbaycana maraq hər zamankından daha da çoxdur.

Azərbaycan illərdən bəri sadəcə bölgə ölkələri ilə deyil, hğm də dünyanın bütün aparıcı dövlətləri ilə mehriban dostluq, əməkdaşlıq şəraitində yaşıyır.

Azərbaycan artıq uzun illərdir ki, bir çox dünya dövlətləri ilə müxtəlif sahələrdə əlaqələrini qurub və möhkəmləndirir.

Belə ölkələrdən biri də əlbəttə ki, İtaliyadır.

Dünən  İtaliyanın nəhəng şirkətlərindən birinin rəhbəri ilə ölkə başçısı cənab prezident İlham Əliyevin görüşü oldu.

Düşünürük ki, bu görüşün özünün  də bir  təməli,  bir əsası var.

Bir az əvvəl də söylədiyimiz kimi, Azərbaycanın bütün dünya ölkələri ilə balanslı, məqsədyönlü siyasət həyata keçirməsi,  həm də Azərbaycanın stabil və gələcəyi parlaq olan ölkələr içərisində yer alması  gündən günə Azərbaycana olan marağı artırır.

Əgər biz İtaliya- Azərbaycan münasibətlərindən danışırıqsa, xüsusilə də iqtisadi münasibətlərdən danışırıqsa, yeni başa vurmuş olduğumuz 2020-ci ildə ölkə Prezidenti İlham Əliyevin geniş bir nümayəndə heyətiylə  İtaliyaya səfərini unutmamalıyıq.

Həmin səfər ümumiyətlə 2020-ci ildə İtaliyanın özünə edilən ilk dövlət rəhbəri səfəri idi.

Yəni, İtaliya 2020-ci ildə ilk dəfə Azərbaycan rəhbərini qəbul edərək, özünün həmin ildə beynəlxalq  iqtisadi, diplomatik sahədı ilk addımını atdı.

Həmin səfər çərçivəsində İtaliya ilə Azərbaycan arasında 28 adda sənəd imzalandı, 28 sahəni əhatə edən çox əhəmiyyətli müqavilələr  imzalandı.

Və əlbəttə ki bu sənədlərin arxasında hər iki ölkənin, bölgənin inkişaf perspektivləri dayanır.

Əlaqələr, sadəcə, bununla bitmir. 

Bu gün İtaliyanın Cənubi Qafqazda mövcud olan ticarət əlaqələrinin 92 faizi Azərbaycanln öhdəsinə düşür.

Yəni Azərbaycanla İtaliya arasındakı münasibətlərin həcmi ümumilikdə Cənubi Qafqazın 92 faizini təşkil edir.

İtaliya bu gün Azərbaycan neftinin 17 faizinin istehlakçısıdır, TAP layihəsinin üzvüdür və əlbəttə ki, bütün bunlar bu iki ölkənin münasibətlərinə bir müstəsnalıq qazandırır, böyük bir əhəmiyyət verir.

Azərbaycan bir az əvvəl də söylədiyimiz kimi, hətta dünyanın fövqəldövlətləri üçün, böyük strateji mərkəz adı daşəyan ölkələr üçün çox önəmli bir tərəfdaş və partnyordur.

Dünyada ikitərəfli, çoxtərəfli münasibətlər qarşılıqlı inam,  etibar,  həmin ölkələrdə mövcud olan stabillik, əmin-amanlıq prinsipləri əsasında qurulur.

Münasibətlər bütün sahələr üzrə oturuşmuş, inkişaf etmiş iqtisadiyyata, sənayeyə sahib olan, həm öz milli-mənəvi dəyərlərini qoruya bilən,  həm də digər ölkələrin dəyərlərinə hörmətlə yanaşan,  tolerantlığa əhəmiyyət verən güclü dövlətlərlə qurulur…

(Davamı olacaq)

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Elə yeni hüquqi münasibətlər meydana çıxıb ki, onların əvvəlki qaydalarla tənzimlənməsi mümkün deyil…”-DEPUTAT NƏ TƏKLİF EDİR?

Read Next

“Qarabağ zəngin iqtisadi sərvətlərə, istehsal, ixrac üzrə rəqabətqabiliyyətli istehsal drayverlərinə, eyni zamanda, geoiqtisadi və strateji logistika, nəqliyyat imkanlarına malik bölgədir ki…”-AYDIN HÜSEYNOV “MİLLİ PRİORİTETLƏR”İN HƏDƏFLƏRİNDƏN DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir