“Dövlətə, onun gücünə, görülən işlərə biz vətəndaşlar da fərdi məsuliyyətimizlə dəstək verməliyik”-MİLLƏT VƏKİLİ

Cənab Prezident dünən tibbi maska müəssisəsinin açılışında Azərbaycan xalqına növbəti müraciətini etdi. Həmin çıxışın bütün tezislərindən, məramından, istiqamətindən bir daha aydın oldu ki, ölkə vətəndaşı güvəndədir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Elşən Musayev deyib.

“Dünən məndən müsahibə alan hörmətli jurnalist dostlarımızdan biri sual etmişdi ki, koronavirusla bağlı Azərbaycanda İtaliya ssenarisi təkrarlana bilərmi? Cavabımda demişdim ki, bunu ağlımın ən uc nöqtəsində belə təsvir edə bilmirəm. Siz də etməyin. Çünki Azərbaycan dövləti, onun rəhbəri əlindən gələn hər şeyi edir ki, həmin hal baş verməsin, olmasın. Ümid edirəm, olmayacaq da. Çünki bütün resurslar meydandadır. Bütün imkanlar vətəndaşın qulluğunda və xidmətindədir. Operativ addımlar ən yüksək sürətlə atılır. Adətən Çini misal gətirirlər ki, 3 günə xəstəxana tikdilər. İndi düşünün, onlar az qala 2 milyarda yaxın. Biz isə 10 milyon. Və bir də nəzər yetirin ki, 10 milyon əhalisi olan dövlət qısa müddətdə hansı addımları atıb: Tikintisinin yekunlaşması hələ çox-çox daha sonraya planlanan böyük bir xəstəxana tez bir zamanda hazır vəziyyətə gətirilərək xəstələrin sərəncamına verilib. Yaxın 20 gün ərzində onlarla müasir tibbi labaratoriya qurulub. Sosial paket layihəsinə milyardlarla maliyyə ayırılıb”-deyən millət vəkili bildirib ki, hətta qeyri-tibb obyektləri belə karantin səbəbi ilə soydaşlarımızın sərəncamına verilib:

“Dünən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsal edən müəssisənin açılışı oldu. Halbuki ideya və layihəsi cəmi 1 həftə öncə (!) verilmişdi. Bütün bunları ən qısa zaman kəsiyində hansı ölkə edib və ya edə bilər?Cənab Prezident dünən məhz həmin maska müəssisəsinin açılışında Azərbaycan xalqına növbəti müraciətini etdi. Həmin çıxışın bütün tezislərindən, məramından, istiqamətindən bir daha aydın oldu ki, ölkə vətəndaşı güvəndədir. Bütün lazımlı addımlar atılır. Həm də ən yüksək səviyyədə və sürətlə atılır.Dövlətə, onun gücünə, görülən işlərə biz vətəndaşlar da fərdi məsuliyyətimizlə dəstək verməliyik. İnanın ki, bunu bacarsaq, tamlıqla həmrəy ola bilsək, məlum pandemiya kabusuna qarşı arzulanan səfərbərliyi reallaşdırsaq nəinki koronavirus, onun yüz qatı belə bizləri yıprada və məğlub edə bilməyəcək”.

Etikxeber.az

Read Previous

“Olduqca müsbət tendensiyadır, təqdirəlayiq və alqışlanası haldır”- MM-KOMİTƏ SƏDRİNİN MÜAVİNİ ƏFV SƏRƏNCAMINI ALQIŞLADI

Read Next

Əfv Sərəncamının icrasına-BAŞLANILDI – İKİ ÖMÜRLÜK MƏHBUS, HƏMÇİNİN, ÇOVDAROVLA QURBANOV DA AZADLIĞA ÇIXDI – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir