Ölkə Prezidenti cənab İlham Əliyev növbəti dəfə humanistlik nümayiş etdirdi, növbəti dəfə böyüklüyünü, insanpərvərliyini ortaya qoydu. Bu və ya digər cinayət əməllərinə görə, məhbusluq, məhkumluq həyatını yaşayan və ümumilikdə 625 nəfəri, məhkumu bağışladı, əfv etdi, 36-cı Əfv Sərəncamına imza atdı, humanizm prinsplərinin, humanistliyin Azərbaycan dövləti və hakimiyyəti üçün nə qədər böyük önəm daşıdığını bir daha sübut etdi.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Millət vəkili bildirib ki, növbəti Əfv Sərəncamı həm də ölkədə milli və siyasi həmrəyliyin daha da məhkəmləndirilməsi, daha da gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan, töhfələrdən oldu.
“1993-cü ilin iyunundan, Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından bu yana, yəni, son 28 ildə ölkəmizdə dəfələrlə amnistiya aktları qəbul edilib, qeyd etdiyimz kimi, dünənki sərəncam da daxil olmaqla, 36 Əfv Sərəncamı imzalanıb. Yüzvlərlə, minlərlə insan əvf edilib, bağışlanılıb, yüzlərlə, minlərlə, on minlərlə məhbus amnistiya aktları ilə azadlıqlarına, ailələrinə qovuşublar. On minlərlə ailə, yüz minlərlə insan sevindirilib. Bu, Azərbaycan dövlətinin humanizm siyasətindən, Ümummilli Liderimizin və onun kursunun layiqli davamçısı-ölkə Prezidenti cənab İlham Əliyevin humanistliyindən, bağışlamaq, əfv etmək kimi ali dəyərlərə malik olmasından irəli gəlir. Eyni zamanda, humanizm siyasətinin həyata keçirilməsində ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın misilsiz və müstəsna xidmətləri var.

Məhz deputatlıq fəaliyyəti dönəmində Mehriban xanımın təşəbbüsü ilə Milli Məclis bir neçə dəfə amnistiya aktı qəbul edib və bunun da nəticəsində məhbus, məhkum həyatı yaşayan və əməllərindən peşman olan insanların məhkumluğuna, məhbusluğuna son qoyulub, onların ailələrinin sevincinə sevinc qatılıb. Novruz bayramı ərəfəsində də dövlət başçımız növbəti Əfv Sərəncamı imzalayaraq, bir daha öz böyüklüyünü, öz müdrikliyini göstərdi, növbəti dəfə insanlarımızın sevincinə sevinc qatdı. İnanırıq və ümid edirik ki, əfv edilən məhkumlar da ölkə Prezidentinin bu humanizmindən nəticə çıxaracaq, bir daha hansısa səhvə, cinayət əməllərinə yol verməyəcək, cəmiyyətə inteqarasiya oluna biləcəklər”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az