“Dövlət başçımızın bəyan etdiyi kimi, ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik-Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”-MİLLƏT VƏKİLİ PREZİDENTİN SON MÜSAHİBƏSİ, SƏSLƏNDİRDİYİ MESAJLAR BARƏDƏ YAZDI – (ÖZƏL)

“Biz öz mövqeyimizdə dayanmışıq. Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır…”.

Bu fikirlər ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur.

Dövlət başçısı bu fikirləri, bu xəbərdarlığı bu gün, sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zaman 3 yerli telekanala müsahibəsində dilə gətirib.

Ölkə Prezidenti bir daha bildirib ki, Ermənistan təcavüzkar dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı olan nifrəti bu çirkin siyasətdə özünü göstərir və əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq.

Cənab İlham Əliyev həmçinin qeyd edib ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesi faktiki olaraq getmir.

“Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir…”-deyən dövlət başçısı bununla yanaşı, danışıqların Ermənistanla deyil, Dağlıq Qarabağla, qondarma, separatçı “DQR” rejimi ilə aparılmasını birmənalı şəkildə mümkünsüz sayıb və bunu Ermənistan hakimiyyətinin, erməni siyasi dairələrinin təxribatı adlandırıb.

Qeyd edib ki, bu, əslində danışıqlar formatını dəyişdirmək deməkdir ki, buna da heç vaxt razı ola bilmərik. Çünki Azərbaycanın bu oyuncaq kriminal xunta rejimi ilə heç bir təması ola bilməz. 

Kifayət qədər açıq, birmənalı, ciddi mesajlarla, xəbərdarlıqlarla dolu fikirlər, bəyanatlardır.

Azərbaycan dövlətinin, Azərbaycan xalqının Qarabağ problemi, ərazi bütövlüyü məsələsi ilə bağlı 32 ildən bu yana sərgilədiyi, nümayiş etdirdiyi mövqeyinin, yanaşmasının növbəti dəfə, ən yüksək səviyyədə, birmənalı və sərt şəkildə ifadəsidir.

Çünki başqa cür də ola, kimsə bunun əksini də gözləyə bilməz və gözləməlidir.

Qarabağ, torpaq, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyi dəyişməzdir, dəyişməz olaraq qalmaqdadır və dəyiməz olaraq qalacaq.

32 ildə bu məsələdə heç bir güzəşt olmadığı kimi, bundan sonra da güzəşt olmayacaq.

Bizdən, Azərbaycandan güzəşt gözləyənlər, buna ümid edənlər çox yanlış mövqedədir, çox səhv yoldadır və çox xətalı düşünürlər.

Bu, olmayacaq, baş verməyəcək.

Bunu bir daha şovinizm xəstəliyindən, faşizm, terrorizm düşüncəsindən, “erməniçilik” virusundan qurtula bilməyən ermənilər də, işğalçı, təcavüzkar, onun-bunun buyruq qulu, vassalı, forpostu olan Ermənistan və onun başabəla rəhbərləri, siyasiləri də, onları illərdir Azərbaycana qarşı dolduranlar, qaldıranlar, körükləyənlər, işğala iştahlandıranlar, “bulanıq sularda balıq sevdasında” olanlar da yaxşı bilsinlər, yaxşı eşitsinlər, yaxşı dərk etsinlər, bunları qulaqlarından sırğa edib assınlar.

Bugünün Azərbaycanı artıq ötən əsrin 90-ci illərinin zəif, gücsüz, müdafiəsiz Azərbaycanı deyil. Bugünün Azərbaycanı dünya düzənində mühüm yeri və rolu olan, dünyada oyun qaydalarının müəyyənləşdirilməsində yaxından iştirak edən, söz, nüfuz sahibi kimi qəbul edilən güclü, siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli dövlətdir.

Ordusu çox dərəcədə peşəkar, yüksək döyüş qabiliyyətli, dünyanın ən güclü orduya malik olan 50 ölkəsinin ordusu sırasında inamla addımlayan ordudur.

Bu Ordu öz gücünü 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Cünnüt əməliyyatında, bu ilin iyul-Tovuz hadisələrində bir daha hər kəsə-ilk növbədə də düşmənə, işğalçıya, fitnəkar Ermənistana və onun qanlı havadarlarına nümayiş etdirib, etdirdi və yenidən təxribata, fitnəkarlığa cəhdlər olarsa, Azərbaycan Ordusunun cavabı daha ölümcül, daha sarsıdıcı olacaq…Dövlət başçımızın da dediyi kimi, nəticələri Ermənistan üçün çox ağır olacaq…Ermənistan, ermənilər Aprel döyüşlərinin, iyul hadisələrinin daha ağırını, daha betərini yaşayacaqlar, daha ağır bədəllər ödəyəcəklər…

“…Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq…”.

Bunu da müsahibəsində cənab Prezident dilə gətirib.

Bu, bir daha işğalçıya, təcavüzkara, təxribatçı Ermənistana, onun havadarlarına, onun arxasında dayanıb, gizlənib Azərbaycana diş qıcayanlara siqnaldır, xəbərdarlıqdır…Nəticə, dərs çıxarmaq üçün bir fürsətdir həm də…

Seçim, nəticə çıxarmaq onlarındır. Nəticə çıxarmasalar, dərs, ibrət götürməsələr, ağıllanmasalar, ağır sonuclarına da özləri qatlanmalı olacaqlar. Bu, onların birdəfəlik və əbədiyyən sonu da ola bilər…

Əgər bu acı və ağır sonluğu istəmirlərsə, nəhayət, öz məkrli və murdar niyyətlərindən, işğalçılıq və təcavüzkarlıq siyasətlərindən əl çəksinlər, işğal olunmuş torpaqlardan geri çəkilsinlər, işğala son qoysunlar, Azərbaycanla sülhə gəlsinlər…

Haqq-ədalət bizim tərəfimizdədir.

Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik.

Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu haqda kifayət qədər tarixi sənədlər var.

Dövlət başçımızın da bir daha bəyan etdiyi kimi, ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik-Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Serbiyadan və Rusiyadan Ermənistana silahlar göndərildi. Xüsusilə Serbiyadan. Bunu biz etibarlı mənbələrdən öyrənmişik. O ölkələrə bu məsələ ilə bağlı diplomatik kanallarla siqnallar göndərildi…”- Prezident “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etdi-3 TELEKANALA MÜSAHİBƏ VERDİ – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

“Prezident dayanmayın, durmayın, çalışın, qurun, yaradın deyir, hər kəsi Azərbaycan naminə, Azərbaycanın gələcək və növbəti inkişafı naminə fəaliyyətə səsləyir, dəvət edir!”-JALƏ ƏLİYEVA SON GÜNLƏRİN MƏNZƏRƏSİNDƏN, AÇILIŞLARINDAN YAZIR… – (ÖZƏL)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir