Dövlət Baytarlıq Nəzarəti Xidməti: İsmayıllı rayonunda at əti satışının qarşısı alınıb

at=et

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) İsmayıllı Rayon Baytarlıq İdarəsi və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları alınmış anonim məlumat əsasında birgə reyd keçiriblər.

Bu barədə Etikxeber.az-a Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib.

Reyd nəticəsində İsmayıllı şəhəri, Cavanşir küçəsi 47-də yaşayan, 1978-ci il təvəllüdlü Ziriyev Vüqar Təşkilat oğlu gizlin şəkildə, qanunsuz olaraq rayonun Qarabağ qəsəbəsi yaxınlığında yerləşən köhnə quşçuluq fermasında 300 kiloqram miqdarında 3 baş atı kəsib tədarük edərkən saxlanılıb.

Araşdırma zamanı heyvan ətinin mənşəyinin məlum olmadığı, baytarlıq-sanitariya nəzarətindən keçmədiyi, sağlamlığına dair heç bir müşayiətedici baytarlıq arayışı olmadığı, ətlərin xarici görünüşündən onların yeni kəsildiyi, dərisi, baş-ayaqları, içalatı ətlərdən ayrılaraq ətrafa səpələnməsi və kəsimin antisanitar şəraitdə aparılması müəyyən edilib.

Aşkarlanmış heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Qeyd olunub ki, laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.

Etikxeber.az

Read Previous

Qəhvə hazırlayan robot nümayiş etdirildi

Read Next

Rasi-zadənin səlahiyyətlərindən biri ləğv olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir