Dövlət büdcəsinə dəyişikliklər müzakirəyə çıxarılır – BU GÜN

Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin bu gün saat 11.00-da keçirilməsi gözlənilən iclasında bir neçə məsələnin, o cümlədən, son günlər ölkə prezidentinin müvafiq sərəncamlarına əsasən ölkədə minimum əməkhaqqının və maaşların artırılması ilə bağlı 2019-cu ilin dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi nəzərdə tutulur.

Etikxeber.az-ın əldə etdiyi məlumata görə, adçəkilən komitənin rəhbəri Zyad Səmədzadənin sədrliyi keçiriləcək iclasda “2019-cu ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında”, “Əmək pensiyaları haqqında” qanuna və digər qanunvericilik aktlarına dəyişiklikləri özündə ehtiva edən qanun layihələrinin müzakirəsi planlaşdırılır.

ziyadddddd-1

İclasda adıçəkilən komitənin üzvləri ilə yanaşı, maliyyə naziri Samir Şərifovun, müavini Azər Bayramovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və digər rəsmi şəxslər iştirakı gözlənilir.

Qeyd edək ki, dövlət başçısının imzası ilə MM-ə və müvafiq komitəyə daxil olan qanun  layihəsində dövlət büdcəsinin xərclər və gəlirlər hissənin artırılması nəzərdə tutulur.

Həmçinin, ölkə prezidentinin imzası ilə daxil olmuş qanun layihəsinə əsasən  təxminən 700 minə yaxın insanı əhatə edəcək əmək pensiyalarının minimum həddinin 160 manatdan 200 manata qaldırılması istənilir.

Bununla yanaşı, İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri artırılması gözlənilir.

Bu barədə isə  “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə dəyişiklik edilməsi barədə sənəddə bildirilir.

Qeyd edilir ki, Fondun 2019-cu il büdcəsinin gəlirləri 83 451 400 manatdan, xərcləri isə 83 451 400 manatdan 98 451 400 manata qalıdırılır.

Müzakirələrdən sonra qanun layihələri birinci oxunuşda MM-in iyunun 28-də keçiriləcək iclasına tövsiyə olunacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

QDİƏT PM-in 53-cü Baş Assambleyası özü işini davam etdirəcək

Read Next

Qırğız parlamenti eks-prezidentin toxunulmazlıq statusunu ləğv etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir