Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dövlət, hökumət, aidiyyatı qurumlar (“Azəriqaz”, “Azərişıq…) qaz və işıq pulu, xüsusilə də, qaz pulu (borc) məsələsində Şəhid ailələrinə güzəştə gedəcəkmi?
Çünki 2020-ci ildən, İkinci Vətən Müharibəsindən bu yana bir çox bölgələrdə İkinci Vətən Müharibəsi Şəhidlərinin ailələrinə “pul ödəməyin, dövlət onsuz da sizə güzəştə gedəcək, borcunuzu siləcək…”-deyə, vədlər veriblər…
Bir çox Şəhid ailələrində də artıq 3 min, 4 min…qaz pulu-borc yaranıb…
İndisə bir çox yerlərdə Şəhid ailələrinə borcu ödəmələri, əks halda, onlara verilən qazın kəsiləcəyi ilə bağlı təhdidvari xəbərdarlıqlar gəlməkdədir…

Şəhid ailələrinin də bu pulu-borcu ödəmək imkanları yoxdur…
Odur ki, dövlət, hökumət… bu məsələyə aydınlıq gətirməli, Şəhid ailələrinə güzəşt etməli və məsələyə nöqtə qoymalıdır.
Necə ki, on illərdir qaçqın və məcburi köçkünlərə bir sıra güzəştlər, imtiyazlar tətbiq edilib…
Şəhid ailələrinə də güzəştlər, imtiyazlar tətbiq edilməlidir.
Unutmayaq ki, həm də məcburi köçkün və qaçqın düşən insanlarımızın öz yurdlarına, əvvəlki normal həyatlarına dönməsi üçün Şəhidlərimiz canlarını fəda edib, Şəhid ailələri can parçalarını itiriblər!!!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





