Dövlət Komitəsinin sədri: “BU, GƏLƏCƏKDƏ MÜMKÜN OLA BİLƏR”

Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsi gələcəkdə mümkün ola bilər.

Etikxeber.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, həmin insanların indiki zamanda köçürülməsi ilə bağlı rayon icra hakimiyyəti qərar verməlidir.

Komitə sədri sonra bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hazırda ağır şəraitdə yaşayanları köçürü.

“Gələcək mərhələdə isə Bayıl sürüşmə zonasında yaşayanların da köçürülməsi mümkün ola bilər. Bununla bağlı rayon icra hakimiyyəti qərar verməlidir”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

 

 

 

 

 

Read Previous

Novruz Məmmədovun parlamentdə ilk hesabatıdır – BU GÜN

Read Next

Yüz milyonlar niyə kiminsə “qara kassasını” doldurmalıdır? – DEPUTAT – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir