Dövlət Ləzgi Dram Teatrının kollektivi Moskvada iki tamaşa təqdim edib

Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi Moskvada qastrol səfəri çərçivəsində iki tamaşa ilə çıxış edib.

Etikxeber.az xəbər verir ki, teatrın kollektivi “Çayka” mədəniyyət evinin səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” və Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimi, yazıçı-dramaturq Asəf Mehmanın əsəri əsasında hazırlanan “Sədəf” tamaşalarını ləzgi dilində təqdim edib.

Hər iki səhnə əsəri moskvalı tamaşaçılar, xüsusilə orada yaşayan həmyerlilərimiz tərəfindən alqışlarla qarşılanıb. Bununla yanaşı, tamaşaçılara folklor qruplarının ifası və milli rəqslər də təqdim olunub.

Tamaşaları izləməyə gələnlər mədəniyyət evinin foyesində Qusarın tarixi və mədəniyyətini əks etdirən stendə baxıblar.

Etikxeber.az

Read Previous

80 minədək avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olundu

Read Next

MN: Sutka ərzində atəşkəs rejimi ümumilikdə 26 dəfə pozulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir