Dövlət Musiqili Teatrı repertuar planını açıqladı

Azərbaycan Dövlət Musiqili Teatrı dekabr ayı üçün repertuar planını açıqlayıb.

Qurumun mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, Musiqili Teatr bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. Ay ərzində tamaşaçıların böyük maraqla izlədikləri tamaşalar – “O olmasın, bu olsun”, “Ər və arvad”, “999-cu gecə”, “Baladadaşın toy hamamı”, “Amerikalı kürəkən”, “Toya bir gün qalmış”, “www.ferzeli-kef.com”, “Kimdir müqəssir?”, “Mən dəyərəm min cavana”, “Qısqanc ürəklər” və başqa tamaşalar nümayiş olunacaq. Habelə rusdilli və balaca tamaşaçılar “Fransızsayağı qarnir”, “Düyməcik”, “Qızıl cücə”, “Yağış göbələyinin macərası”, “Qırmızıpapaq”, A.Sadıqovun səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar”, “Meşə çaqqalsız olmaz” və başqa səhnə əsərlərini izləyə biləcəklər.

Ay boyu nümayiş olunacaq səhnə əsərlərində Musiqili Teatrın tamaşaçılar sevimli gülüş ustalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, biletləri şəhərin bütün teatr-konsert kassalarında və “ASAN xidmət” mərkəzlərində əldə etmək olar.

Etikxeber.az

Read Previous

“Azərpoçt”un yeni xidməti vasitəsilə itirilmiş sənədlər daha asan tapılacaq

Read Next

“Qarabağ” “Qəbələ”-yə qalib gəldi və liderliyə yüksəldi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir