Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Azərbaycanın Milli Qəhrəmanı” adına 22 yaşında layiq görülmək hər kəsə nəsib olmur. Mübariz İbrahimov qısa ömür yaşasa da, canını Vətən yolunda fəda edərək özündən sonra böyük şəhidlik nümunəsi qoyub.
Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər oktyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azərbaycanın Milli Qəhrəmanı” Mübariz İbrahimovun heykəlinin açılışına həsr olunmuş “Qəhrəmanlar ölməz- Vətən bölünməz!” adlı tədbirdə səslənib.
Tədbirdə Universitetin rektoru Mustafa Babanlı, Milli Məclisin deputatı , Əməkdar Jurnalist Elmira Axundova, “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə və digərləri çıxışlarında Mübariz İbrahimovun həyatından və Vətən uğrunda göstərdiyi şücaətdən söz açıblar. Bildirilib ki, hər bir azərbaycanlı onun mübarizliyi ilə fəxr edir. O, öz şərəfli ölümü, qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Prezident İlham Əliyevin Sərəncamı ilə Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Sonda “Azərbaycanın Milli Qəhrəmanı” Mübariz İbrahimovun heykəlinin açılışı olub.
Etikxeber.az