Dövlət sərhədində PUA zərərsizləşdirildi-DSX MƏLUMAT YAYDI

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.

Etikxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

Qeyd olunub ki, Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Martın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Etikxeber.az

Read Previous

İlham Əliyevin Türkiyəyə səfəri-BAŞA ÇATDI

Read Next

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərinə-SƏFƏR ETDİ – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir