Dövlət siqareti tərgitmək istəyənlərə yardım edəcək…

Siqareti tərgitmək istəyənlərə dövlət tərəfindən yardım ediləcək.

Milli Məclisdən (MM)  Etikxeber.az-a verilən məlumata görə, bu barədə məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun lahiyəsində öz əksini tapıb.

Qanun layihəsində siqareti tərgitmək istəyənlər üçün xüsusi dövlət proqramı əsasında dövlət, bələdiyyə və özəl səhiyyə müəssisələrində pulsuz yardımın göstərilməsi nəzərdə tutulur.

Qanun layihəsində həmçinin siqaretin uşaqlara, yeniyetmələrə satılmaması məsələsi öz əksini tapıb. Bundan əlavə, qanun layihəsində siqaret əleyhinə təbliğatın aparılması, bir çox qapalı məkanlarda siqaret çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

Klinton bu dəfə də Trampı “tramp”dan endirdi…

Read Next

Atəşkəs rejimi ümumilikdə 18 dəfə pozulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir