“Dövlət başçısı bir daha vətəndaşının yanında olduğunu nümayiş etdirdi” – MİLLƏT VƏKİLİ

Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən verilən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman 2019-cu ilin ən böyük hadisələrindən biri, bəlkə də, birincisidir. Bu, çox tədirəlayiq və alqışlanmalı məsələdir. Bununla yüzlərlə, minlərlə ailələrin intizarına, nigarançılığına və narahatlığına son qoyuldu.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov bildirib.

ilham-iclas

O, bir daha xatırladıb ki, problemli kreditlər məsələsi son 4 il ən çox müzakirə edilən, gündəmin ən vacib məsələlərindən biri idi.

“Ötən illər ərzində də hər kəs bununla bağlı öz narahatlığını bildirir, problemin həll olunacağı günü gözləyirdi. Çünki 2015-ci ildə ölkənin bank-maliyyə sektorunda yaşananlar 21 fevral və 21 dekabr devalvasiyaları əhalinin banklara olan kredit borclarının ödənilməsində çox ciddi problemlər və sıxıntılar yaratdı. Xüsüsilə, dollarla götürülən kreditlərin ödənilməsində banklarla müştərilər, əhali arasında ciddi narazılıqlar özünü büruzə verməyə başladı. Çox təəssüflər olsun ki, bu illər ərzində  problemin qarşılıqlı anlaşma şəraitində həlli istiqamətində də banklarla əhali arasında dil tapmaq mümkün olmadı. Beləliklə, problem şişə-şişə getdi və məlum duruma gəlib çıxdı.

ELDENIZ-1

Ancaq cəmi 3 gün öncə ölkə prezidenti keçirdiyi müşavirədə bir çox vacib məsələlərlə yanaşı, problemli kreditlər məsələsinin də həllinin anonsunu verdi. Qeyd etdi ki, məsələ üzərində iki aya yaxındır iş gedir və yaxın günlərdə bu istiqamətdə addımlar atılacaq. Cəmi 3 gündən sonra, yəni, bu gün ölkə prezidenti bu istiqamətdə konkret addım ataraq,  problemli kreditlər məsələsinin həlli ilə bağlı tarixi Fərmanını verdi. Bu, bir daha Azərbaycan dövlətinin və dövlət başçısının öz vətəndaşının yanında, onun problemlərinin həllində daim iştirakçı və yardımçı olduğunu göstərdi. Bu, bir daha Azərbaycan dövlətinin iqtisadi qüdrətini, dövlət rəhbərinin dönməz iradəsini ortaya qoydu…”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“O vicdansızın hərəkətinin ağırlığını vicdanlı insan çəkməli olacaq…” – DEPUTAT

Read Next

“Bu, həm də dövlətin vətəndaşa olan sosial humanizminin ifadəsidir” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir