“Dövləti idarə etmək siyasi bir şansdır və…” – MÜBARİZ QURBANLI

Prezident İlham Əliyevin din sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətləri beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, ölkədəki tolerantlıq mühiti qorunub saxlanılır. Azərbaycanın dini tolerantlıq modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur.

Etikxeber.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP  İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, mövcud mürəkkəb geosiyasi durumda bu uğurları daha da genişləndirmək və tarixin ən möhtəşəm Azərbaycanını qurmaq kimi çətin, şərəfli vəzifəyə nail olmaq Prezident İlham Əliyevin həqiqətən də görkəmli dövlət xadimi və qüdrətli lider olduğuna əyani sübutdur:

mubariz-qurbanli

“Dövləti idarə etmək yəqin ki, siyasi bir şansdır və bu fürsətə təsadüfi adamlar da yiyələnə bilər.

Ən azından elə ölkəmizin siyasi tarixi bunu göstərir. Amma dövləti layiqincə idarə etmək məharətinə sahib olmaq, bu fəaliyyəti yalnız millətin və dövlətin maraqlarının ödənməsinə yönəltmək, siyasi sələflərdən miras olaraq əldə olunan dövlətçilik potensialını dəfələrlə artırmaq kimi xüsusiyyətlər isə yalnız həqiqi liderlərə xasdır.

Buna görə də, tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır.

Beləliklə də, öz tərcümeyi-halını Azərbaycanın inkişaf və quruculuq tarixinə həkk etdirir”-deyə, M. Qurbanlı sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Prezident QƏBƏLƏDƏ – AÇILIŞLARDA – FOTO – YENİLƏNİB – (4)

Read Next

Əliyev Qəbələdən – AĞDAŞA GETDİ – FOTO – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir