Dövlətin rəsmi tədbirlərində rusofil yanaşmanı yığışdırmaq lazımdır – DEPUTAT YAZIR

Artıq neçənci tədbirdir diqqətimi bir təkrarlanan epizod cəlb edir: tədbirin ya başlanğıcında, ya da sonluğunda böyük sənət adamı Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ya özünün səs yazısı olaraq, yaxud da başqa bir müğəninin canlı ifasında təqdim olunur.

Bu mahnının mətni Müstəqqil Azərbaycandan daha çox Sovet Azərbaycanının obrazını göz önündə canlandırsa da, ritmi, pafosu yerindədir və insanın duyğularını tərpədə bilir.

Fazil

Bununla belə, mahnının ortasında ifanın rus dilində verilməsi olduqca yersiz və siyasi baxımdan yanlış sayıla bilər.

Sovet dövründə bu böyük sənətkarın, eləcə də böyük Rəşid Behbudovun rusdilli auditoriyaya Azərbaycnı təbliğ etmək üçün mahnılarda bu priyomdan istifadə etməsi doğru və anlaşılan idi, indi isə mahnınin bəzi hissələrinin rus dilində səsləndirilməsi ilə simvolik olaraq müstəqil Azərbaycanın Rusiya mühitinə bağlılığı təbliğ olunur.

Auditoriya sırf azərbaycanlılardırsa, Azərbaycan haqqında brend mahnının bir hissəsinin rusca oxunması nə məna daşıyır, doğrusu izahını vermək çətindir.

Əgər xarici auditoriya üçün düşünülübsə, o zaman bura ingiliscə mətni də əlavə etmək olmazmı?

Ən azı dövlətin rəsmi tədbirlərində bu rusofil yanaşmanı yığışdırmaq lazım, müstəqilliyimizi kölgələyəcək epizodlara bir az da diqqətli olmalıyıq.

Fazil MUSTAFA,

Millət vəkili, BQP başqanı

Etikxeber.az

Read Previous

“İbrahimbəyov deyəsən, Pamukun yolunu seçib…” – QƏNİRƏ PAŞAYEVA YAZDI

Read Next

99 İL ƏVVƏLİN SON MAY GÜNLƏRİ – Akademik yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir