“Dövlətə xəyanətdə şübhələndirilən şəxslərə qarşı qanundan kənar çox ciddi fiziki zorakılıqlar həyata keçirilib…”-XANLAR VƏLİYEV “TƏRTƏR İŞİ”NDƏN DANIŞDI – YENİLƏNİB

“Tərtər işi” ilə bağlı məhkum olunmuş şəxslər apelyasiya, sonra isə Ali Məhkəməyə kassasiya şikayəti verib. Həm apelyasiya, həm də kassasiya mərhələlərində həmin şəxslərin bu cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı və qanuni olduğu müəyyən olunduğundan hökmlər qüvvəsində saxlanıldı.

Etikxeber.az məlumat verir ki, bunu Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, bununla yanaşı, Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olunub ki, Hərbi Prokurorluq istintaq aparana qədər olan dövrdə – bir neçə gün ərzində olub – dövlətə xəyanətdə şübhələndirilən şəxslərə qarşı qanundan kənar çox ciddi fiziki zorakılıqlar həyata keçirilib.

“Nəticədə biz cinayət işi başlayana qədər bir nəfər şəxs vəfat edib. Şəxsən mən özüm, eləcə də Respublika Hərbi Prokurorunun birinci müavini, istintaq üzrə kurator Şəfahət İmranov, bundan başqa, Baş prokurorunun birinci müavini Rüstəm Usubov, İdarə rəisi və digərləri həmin hərbi hissəyə getdik. Müəyyən etdim ki, doğrudan da kütləvi şəkildə hərbçi şəxslərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib. Ona görə dərhal cinayət işi başladıq. Mənim tələbim əsasında Müdafiə Nazirliyinin tibb xidmətindən böyük həkim briqadası gəldi, oradakı şəxsləri müayinə etdi. Kimlərin hansı dərəcədə müalicəyə ehtiyacı olduğunu müəyyənləşdirdi”-deyə, o, əlavə edib.

10:30

***

X. Vəliyev sonra bunları deyib:

“Bir qisim insanlar Mərkəzi Hospitala təxliyə olundu, onlara qarşı çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilmişdi. Həmin adamların böyük bir qisminin həyatı xilas edildi. İşgəncə verilməsi ilə bağlı cinayət işi başlandı. Həmin iş üzrə 16 nəfər müxtəlif vəzifəli şəxs cinayət məsuliyyətinə alındı, sonra məhkəmə məsuliyyətinə verildi və barələrində müxtəlif uzunmüddətli azadlıqdan məhrumetmə ilə bağlı hökmlər qəbul olundu.

Eyni qaydada həmin şəxslər hökmlərdən şikayətlər verdi, lakin nə Apelyasiya Məhkəməsi, nə də Ali Məhkəmə həmin şikayətləri qəbul etdi. Məhkəmələr hesab elədi ki, istintaq orqanı onlara istinad olunan ittihamları əsaslı və qanuni verib, odur ki, hökmlər qüvvəsində saxlanıldı” (APA).

Etikxeber.az

Read Previous

“İstəyirəm ki, qızım məhz qardaşının-Şəhidimin, İlkinimin musiqi təhsili aldığı məktəbdə öz ixtisasına uyğun işlə təmin olunsun… Başqa bir arzum, istəyim yoxdur…”-ŞƏHİD İLKİN AĞAKİŞİYEVİN ATASI ELXAN AĞAKİŞİYEV MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ

Read Next

Noyabrda hava-NECƏ KEÇƏCƏK?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir