Dövlət Departamenti ABŞ-ın Rusiya səfirinin qətlilə əlaqəli olduğunu inkar etdi

ABŞ-ın Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə heç bir əlaqəsi yoxdur, cinayətin motivləri ilə bağlı nəticə çıxarmaq isə hələ çox tezdir.

Etikxeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

“Dövlət katibi Türkiyə XİN rəhbəri ilə danışıqları zamanı Fətullah Gülənin burada olması ilə əlaqədar ABŞ-ın iyrənc qətllə guya əlaqəli olmasına dair səslənən ritorika ilə bağlı narahatlığını ifadə edib” – deyə, Kirbi bildirib.

Onun sözlərinə görə, bu cür ittihamlar tamamilə yalandır və heç bir həqiqətə əsaslanmır.

Kirbi bir daha qeyd edib ki, istintaq başa çatmayanadək  cinayətin motivləri ilə bağlı nəticə çıxarmaq tezdir.

Etikxeber.az

Read Previous

Klinton Trampdan 3 milyon çox səs toplayıbmış…

Read Next

Mərkəzi Bank 50 milyon manatlıq not buraxır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir