Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarına hazırlaşanlar üçün vəsait nəşr etdi

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışlarında ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün “Azərbaycan dili” və “РУССКИЙ ЯЗЫК”  fənləri üzrə vəsaitləri nəşr edib. 

DİM-dən Etikxeber.az-a verilən məlumata görə, vəsaitlər buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir.

Vəsaitlər iki hissədən ibarətdir. Birinci hissədə sinfin yeni təhsil proqramı (kurikulum) və dərsliyinə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissədə isə qapalı və açıq tipli test tapşırıqları dərc edilib.

Vəsaitlərdən ümumi təhsil müəssisələrində qiymətləndirmə vasitəsi kimi, pedaqoji yönümlü ali təhsil müəssisələrində və müəllimlər üçün təlim kurslarında metodiki material kimi istifadə oluna bilər.

Vəsaitləri DİM-in binalarındakı “Abituriyent” satış köşklərindən, kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Etikxeber.az

Read Previous

Ordumuz düşmənə ağır zərbə endirdi, ermənilər onlarla itki verdi – MÜDAFİƏ NAZİRLİYİ – VİDEO

Read Next

“Pirsaat daş silsiləsi”ndə tapılan cəsədin neftçiyə aid olduğu müəyyən olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir