“Dövlət Komitəsinin də, medalın da adında “diaspora” yazılmalıdır” – AKADEMİK

Dünyada “diaspor” sözü yoxdur, “diaspora” var.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov  Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında  “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.

Komitə sədri qeyd edib ki, eks deputat Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə  başlamasından sonra adıçəkilən qurumun, Azərbaycan diasporasının fəaliyyətində böyük dönüş hiss olunmaqdadır.

Onun sözlərinə görə, ən əsası diaspora təşkilatları və təmsilçiləri arasında ikitirəliklər, soyuqluqlar aradan qalxmaqdadır.

“Amma burada digər bir vacib məsələyə diqqəti cəlb etmək istərdim.

Dünyada “diaspor” sözü yoxdur, “diaspora” var.

Yunan sözüdür, “diaspora”dır, ingilisi də belə deyir, rusu da belə deyir, digərləri də.

Ona görə artıq bizdə də bu yanlışlığa son qoyulmalıdır.

Dövlət Komitəsinin adında da, medalın adında da “diaspora” yazılmalıdır”-deyə, R. Hüseynov bildirib.

Komitə sədri həmçinin, təsis edilən medalın diaspora nümayəndələrinin fəaliyyətində canlanma, irəliləyiş yaradacağını vurğulayıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Büdcə daha 5 komitədə-ikinci oxunuşda müzakirə edildi – YENİLƏNİB – (2)

Read Next

Deputatlar məhkəmələrdən dad etdilər… – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir