Dövlət xəstəxanalarının statusu dəyişdi

Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək.

Etikxeber.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb. Bu müəssisələr “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra publik hüquqi şəxs statusunu əldə edəcək. Müəssisə dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla, mülki vəzifələr daşıyacaq və onun hüquq qabiliyyətinə isə onun ləğvinin başa çatdığı an xitam veriləcək. Müəssisə publik hüquqi şəxsdir və müstəqil balansa, dövlət və ya bələdiyyə əmlakına, xəzinə və bank hesablarına, üzərində öz adı həkk edilmiş möhürə, müvafiq ştamplara və blanklara malik olacaq.

Qeyd edək ki, indiyə qədər dövlət adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərib.

Etikxeber.az

Read Previous

Prezident hökuməti istefaya göndərdi

Read Next

Qeyri-sabit hava şəraiti 50-dək yaşayış məntəqəsini işıqsız qoyub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir