“Dövlətin başına Dövlət yox, MHP-nin başına Ərdoğan gəldi” – CXP-DƏN İTTİHAM

15 iyul hadisələrindən və Konstitusiya dəyişiklikləri ilə bağlı referendumdan sonra Türkiyənin “ana müxalifət” partiyası CXP ilə ikinci müxalifət partiyası və hazırda hakim AKP ilə ittifaqa getməyə hazırlaşan MHP arasında yaşanan gərginlik səngimək, sular durulmaq bilmir.

Etikxeber.az-ın xəbərinə görə, belə ki,  MHP-nin sabah keçirilməsi gözlənilən qurultayına CXP-nin qonaq qismində dəvət olunmaması iki partiya arasında gərginliyi daha da artırıb.

OZGUR OZEL

CXP-li millət vəkili və partiyanın sözçüsü Özgür Özel MHP-nin bu addımını siyasi nəzakətsizlik kimi qiymətləndirib.

“Bu ona bənzəyir ki, hansısa qəsəbədə toy olur, amma həmin qəsəbənin ən köklü, ən əsl-nəcabətli ailəsi həmin toya dəvət edilmir. MHP də bu hala gəlmiş durumdadır.

MHP-lilər 20 ildir “Dövlətin başına Dövlət (Baxçalı nəzərdə tutulur-red) gələcək!” şüarları səsləndirirlər. Ancaq sən demə, dövlətin başına Dövlət yox, MHP-nin başına Ərdoğan gəlmiş” – deyə, sözlərinə əlavə edib.

SEMİH

MHP-li millət vəkili və partiyanın sözçüsü Semih Yalçın isə bu tipli açıqlamalara cavab verməyə gərək duyulmadığını bəyan edib.

“Bəli, biz 3 partiyanı-CXP, HDP və İP-i qurultayımıza dəvət etməmişik. Çünki bunların yolu buzdən fərqlidir, bunlar eyni xətt üzrə addımlayırlar. Odur ki, biz belə əhəmiyyətsiz və mənasız açıqlamaları cavablandırmağa gərək duymuruq” -deyə, S. Yalçın daha sonra deyib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Abbaslı və Əliyev kənarda qaldı, Cəlaloğlu qeydə alındı- PREZİDENTLİYƏ NAMİZƏDLƏR 8 OLDU

Read Next

Afrinin mərkəzində artıq Türk bayrağı dalğalanır -ƏRDOĞAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir