“Döyüş bayrağını qoruya bilməyən ordunun iki yolu var: Ya ərazimizi tərk etməlidir, ya da yerində məhv ediləcək…Qələbə bizimlədir!”-ANAR EYVAZOV

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir. 

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var:

“Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub”.

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus helikopter və təyyarələrinin vurulması və İran ərazisində düşməsi barədə verilən məlumatlar yanlışdır:

 “Bu müddət ərzində düşmənin 200 tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda idarəetmə və komanda müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası və 1 ədəd S-300 zenit-raket kompleksi sıradan çıxarılıb”. 

Sonra “Dünən məlumat verildiyi kimi, Ermənistan Ordusunun alay komandiri və onun müavini bölmələrimizin dəqiq artilleriya atəşi nəticəsində məhv edilib. Düşmənin alayın köməyinə gələn əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri əlimizə keçib”-deyən A. Eyvazov bildirib ki, əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan döyüş bayrağını döyüş meydanında atıb qaçan düşmən bir daha öz acizliyini nümayiş etdirib:

“Döyüş bayrağını qoruya bilməyən ordunun iki yolu var: Ya ərazimizi tərk etməlidir, ya da yerində məhv ediləcək. Qələbə bizimlədir!”

Etikxeber.az

Read Previous

“Artıq çox gecdir: Çünki Azərbaycan xalqının Vətən uğrunda müqəddəs savaşı yarımçıq saxlamaq niyyəti yoxdur”-DEPUTAT

Read Next

“Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq”- QIRĞIZ, MACARISTAN VƏ TÜRK ŞURASININ BİRGƏ MÖVQEYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir