Drianın səfəri başladı və İlham Əliyevlə görüşdü… – YENİLƏNİB – FOTO

Fransa respublikası Avropa və xarici işlər naziri Jan-Iv Lö Drianın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycana rəsmi səfəri başlayıb.

Etikxeber.az-ın məlumatına görə səfər çərçivəsində Fransa XİN başçısı ADR-nin 100 illik yubileyinə  həsr edilmiş bir sıra tədbirlərdə iştirak edəcək.

Jan-Iv Lö Drianın Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, xarici işlər naziri  Elmar Məmmədyarovvə maliyyə naziri  Samir Şərifovla görüşü nəzərdə tutulub.  Görüşlər zamanı gündəmdə olan beynəlxalq məsələlər və ikitərəfli əlaqələr müzakirə ediləcək.  Fransa və Azərbaycan  arasında iqtisadi sahədə yeni sazişlərin imzalanacağı gözlənilir.

Fransa XİN başçısı bu gün Azərbaycan – Fransız Universitetinə  (UFAZ) də səfər edəcək. Nazir  Azərbaycan Xalq Cümhuriyyətinə  həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyinin fondunun arxiv sərgisinin rəsmi açılışına qatılacaq, eyni zamanda universitetin bir qrup tələbəsi ilə görüş keçirəcək.

***

parissss-1

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drianı qəbul edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Etikxeber.az

Read Previous

XİN Cümhuriyyətin 100 illiyi ilə bağlı bəyanat verdi…

Read Next

İlham Əliyev Fransaya səfər edəcək – İYULDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir