DSX özünü güllələyərək ölən əsgərlə bağlı-MƏLUMAT YAYDI

Özünü güllələyən əsgərin ölümü ilə bağlı rəsmi açıqlama yayılıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, 30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq, 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib.

“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir”,- deyə məlumatda qeyd olunub.

Etikxeber.az

Read Previous

“Zəngin və mürəkkəb inkişaf yolu keçmiş Azərbaycanın, eləcə də Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşa haqqında tədqiqat aparmaq böyük şərəf və məsuliyyət deməkdir”-ZİYAD SƏMƏDZADƏ – FOTOLAR

Read Next

Sıxlıq olan küçə və prospektlərin adı açıqlandı-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir