DTX dini ekstremizmdə şübhəli bilinən şəxsin tutulması üçün əməliyyat keçirdi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dini ekstremizmdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Ocaqov Ceyhun İslam oğlunun tutulması üçün 2017-cı il yanvarın 26-da xüsusi əməliyyat keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən Etikxber.az-a bildiriblər ki, əməliyyat zamanı C.Ocaqov silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silahdan istifadə olunmaqla məhv edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Etikxber.az

Read Previous

Yanvarın 30-na olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Read Next

Heç kəs belə təhdidlərdən sığortalanmayıb – QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir