DTX-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində 4 terrorçu məhv edildi

Bakıda Azərbaycanda terror aktları törətməyə hazırlaşan şəxslər zərərsizləşdirilib. 

Bu barədə Etikxeber.az-a Dövlət Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib. Təxirəsalınmaz tədbirlər nəticəsində dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan vətəndaşları – “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q. Dəmirovun, “Əbdülxalid” ləqəbli F. Sadıqovun, T. Alməmmədovun  və “Abdullah” ləqəbli S. Məmmədovun tutulması üçün bu il yanvarın 31-də xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı qrup üzvlərindən M. Ulubəyov, T. Alməmmədov, Q. Dəmirov və S. Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Etikxeber.az

Read Previous

Ölkədə müşahidə olunan faktiki hava ilə bağlı məlumat açıqlandı

Read Next

Ötən gün 13 yol-nəqliyyat hadisəsi baş verib- Baş Dövlət Yol Polisi İdarəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir