DTX-nın Mədəniyyət Mərkəzində-ŞƏHİD AİLƏLƏRİ İLƏ BAĞLI GENİŞ TƏDBİR DÜZƏNLƏNDİ, 200-Ə YAXIN ŞƏHİD ANASI BİR ARAYA GƏTİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Ceyhun Ağayevin rəhbərlik etdiyi Qazilər, Vətən Müharibəsi İştirakçıları və Ailələrinə Sosial Dəstək İctimai Birliyinin və tək-nişanlı oğlunu Vətən yolunda qurban vermiş-Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribovanın təşkilatçılığı ilə izdihamlı tədbir keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə hər rayon və şəhər üzrə 10-a yaxın Şəhid ailəsinin üzvü-Şəhid anaları, Şəhid ataları, Şəhid xanımları, o cümlədən, Qazilər, hərbçilər, ziyalılar iştirak ediblər.

Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni oxunub və səsləndirilib.

Sonra çıxışlar edilib.

Tədbirdə 30-a yaxın Şəhid ailəsinin üzvü çıxış edib.

Eyni zamanda, tədbirdə şerirlər səsləndirilib, Vətənə həsr olunmuş mahnılar ifa edilib.

Tədbirdə kövrək və duyğulu anlar da yaşanıb.

Saat 14:00-da başlayan tədbir 3 saatdan çox davam edib.

Tədbirin sonunda Şəhid ailələrinə fəxri diplomlar və hədiyyələr təqdim olunub.

19:09

***

FOTOLAR

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidi-ÜLVİ HƏSƏNOVUN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: 20 YAŞININ TAMAMINDA ÖZÜNÜN VƏ ATASININ DAYISI OĞLUNUN ADINI DAŞIYAN “ŞƏHİDLƏR BULAĞI”NIN AÇILIŞI OLDU, MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Şəhid və qazi ailələrinə bayram sovqatlarımızı göndərdik…”-JALƏ ƏLİYEVA HƏM DƏ QIZIL AYPARA CƏMİYYƏTİNİN RƏHBƏRLİYİNƏ TƏŞƏKKÜR ETDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir