Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dubayda asayişin qorunmasına robot-polislər cəlb olunacaq.
Etikxeber.az Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, qeyri-adi asayiş keşikçiləri artıq 2017-ci ildən etibarən xidmətə başlayacaq.
Yeniliyin təfərrüatları məlum deyil. Bir qədər əvvəl Dubay polisi iş zamanı yaranan “bəzi vəziyyətlərdə” robotlardan və süni intellektlərdən istifadə etməyə qərar verib. Layihənin reallaşması üçün dörd il lazım gələcək.
Ötən il Dubay polisi “Google Glass” texnologiyasını tətbiq etməyə başlayıb. Bunun sayəsində asayiş keşikçiləri dövlət nömrə nişanlarına əsasən yollarda baş verən qayda pozuntularını qeydiyyata ala bilirlər.
Etikxeber.az