Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hamı karantin rejiminin tez bitməsini istəyir. Amma istəyənlərin görəsən neçə faizi bunun üçün tələb olunanlara əməl edir? Uzağa getmək lazım deyil, pəncərədən həyətinizə baxın, biləcəksiniz. Görün neçə nəfər karantin rejiminin tələbləri çərçivəsində hərəkət edir, yaxud edən varmı? Dükanda-bazarda, dayanacaqlarda, bankomatların önündə neçə nəfərin virusa yoluxmamaq və yoluxdurmamaq üçün məsafə saxladığını görürsünüz, görürsünüzmü?
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.
Millət vəkili qeyd edib ki, məhz ona görə də yoluxanların sayında yenidən artım qeydə alınır. Artım qeydə alınırsa, bu o deməkdir ki, karantin rejimi daha da sərtləşdirilə və uzadıla bilər.
“Karantin rejiminin uzadılması isə təkcə ilin-günün bu vaxtında evə qapanıb qalmaq, sosial təcridin uzadılması demək deyil. Bu, iqtisadiyyatımıza təsirsiz ötüşməyəcək, dolanışığımıza təsirsiz ötüşməyəcək, təhsilə təsirsiz ötüşməyəck, nəhayət sağlamlığımıza təsirsiz ötüşməyəcək.Ona görə də anlamalıyıq ki, COVİD-19-la bağlı edilən xəbərdarlıqları qulaqardına vurmaq olmaz, bu virus gücünü bizdən, bizim məsuliyyətsiz və vecsiz davranışımızdan alır. Əziz dostlar, bacılar, qardaşlar, gəlin məsuliyyətli olaq, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl edək, özümzü qoruyaq, doğmalarımızı qoruyaq, bir-birimizi qoruyaq, iqtisdiyyatımızı qoruyaq, əmin- amanlığımızı qoruyaq, ölkəmizi qoruyaq”-deyə, o, əlavə edib.

Etikxeber.az