Duman olacaq, külək əsəcək-YAĞIŞ YAĞACAQ…

Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

ETSN-in Hidrometeorologiya Xidmətindən  Etikxeber.az-a verilən xəbərə görə, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-18° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Oktyabrın 10-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 16-20° isti, dağlarda gecə 4-6° isti, gündüz 11-13° isti olacaq.

Etikxeber.az

Read Previous

Parlamentin 3 plenar iclası olacaq-GƏLƏN HƏFTƏ…

Read Next

Daha 1017 yeni yoluxma-DAHA 16 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir