Duman olacaq…-SABAH

Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

ETSN-ninMilli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14 isti, gündüz 20-25 isti, Bakıda gecə 12-14 isti, gündüz 23-25 dərəcə isti olacaq.Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 , gündüz 40-45 faiz olacaq.

Mayın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 isti, gündüz 23-28 isti, dağlarda gecə 3-8 isti, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən mayın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Etikxeber.az

Read Previous

“Yolüstü Azərbaycanın dilbər guşələrindən biri olan Xocavənd rayonuna gəldik və təbiətin qoynunda armudu stəkanda çay içirik…”-İLHAM ƏLİYEV VƏ MEHRİBAN ƏLİYEVA YENİDƏN ŞUŞADA

Read Next

Daha 558 yeni yoluxma-DAHA 13 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir