Dünən ONUN günü idi və ya bir gün gecikən yazı…KAMİL HƏMZƏOĞLU YAZIR

Dünən, 5 oktyabr tarixi mənim üçün çox əziz, çox dəyərli və bir DƏYƏR olan insanın-Jalə xanımın, Jalə Fazil qızı Əliyevanın doğum günü idi…

Dünən Onun dünyaya gəldiyi gün, Onun günüydü…

Özü də yubiley ad günü, yubiley doğum günü…

Və hər kəs üçün sevimli olan, hələ də uşaqlıqdan, orta məktəb illərindən arzuladığı bir rəqəmi qoşalaşdırdığı bir gün, ad günü idi …

***

Jalə xanımı illərdir tanıyıram, illərdir müşahidə edirəm, qiyabi və əyani şəkildə tanıyanı ən azı 15-20 il olar…

Və bəlkə də bir insanı tanımaq, ona bələd olmaq, onun kimliyini müəyyən etmək üçün illərə, aylara, günlərə də ehtiyac qalmır…

Bir görüş, bir an, bir saniyə, bir baxış, bir təmas bir insanı tanımaq üçün yetir, bəs edir…

Bəli, mən də bu illər ərzində Jalə xanımı necə tanımışamsa, elə həmin, həmən Jalə xanımdır…

Həyat, ruzigar Onu bu illər ərzində dəyişməyib, dəyişə bilməyib…

Sadə, səmimi, mehriban, kübar, zəhmətkeş, insansevər, Vətənsevər…

Dəyərinə və dəyərlərinə daim sadiq qalan, hörmət edən…

Üzündən, çöhrəsindən, simasından Qəlbinin gözəlliyi, Nuru əskik olmayan…

Hər zaman dəyər verənlərinin, dəyər verdiklərinin, ona etimad göstərənlərin, seçicilərinin, millətinin, dövlətinin yanında olan…

Onun, onların, Azərbaycanın sevinci ilə sevinən, kədəri ilə kədərlənən…

Ziyalı, millətçi, türkçü bir xanım həm də…

***

Bu əziz və əlamətdar bir gündə Onun haqqında çox sözlər demək, çox sözlər yazmaq olar…

Bəlkə də bunun üçün tam səmimi-sözlər, kəlmələr yetməz…

Çünki Jalə xanım bütün gözəl sözləri, kəlmələri, bütün gözəllikləri HAQQ edir…

Elə bu əziz və əlamətdar doğum günündə deyirəm: BÜTÜN GÖZƏLLİKLƏR SİZİN ÜÇÜN OLSUN-DƏYƏRLİ VƏ BİR DƏYƏR OLAN JALƏ XANIM.

Hər bir insan üçün həyatda ən vacib olan can sağlığı, huzurlu, səadətli ömür arzulayıram, yaşınızın üstünə bir o qədər də bəxtəvər illər gəlsin deyirəm.

Allah Sizi sevdiklərinizə və sevənlərinizə, dəyər verdiklərinizə və dəyər verənlərinizə çox görməsin.

Bir balanızı, daim FƏXR etdiyiniz nəvələrinizi Sizə çox görməsin.

Yaxşı ki, varsınız, yaxşı ki, bizimsiniz, bizim Jalə xanımsınız!

Doğum gününüz, yubileyiniz bir daha mübarək olsun!

Böyük hörmət və ehtiramla,

DOSTUNUZ, QARDAŞINIZ

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bu, qarşı tərəfin heç bir real əsası olmayan növbəti uydurmasıdır”-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

“Əgər Ermənistanın hərbi-siyasi hakimiyyəti ölkələrini ağır vəziyyətdən qurtarmaq istəyirsə…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir