Dünən Radə Qurbanova, bu gün Nəhayət Həsənova…Sabah növbə kimindir, növbəti hədəf hansı Şəhid anasıdır?-KAMİL HƏMZƏOĞLU YAZIR

Şəhid Analarına qarşı sanki SƏLİB (XAÇ) YÜRÜŞÜnə başlanıb…

Sanki birilərinə təlimat gəlib, sanki birilərinə komanda, əmr verilib, sanki eyni yerdən düyməyə basılıb, sanki eyni yerdən, eyni mərkəzdən təlimatlandırılıblar…

Ağzınızı açın, gözünüzü yumun, döşəyin nə gəldisə, döşəyin nə bilirsinizsə…

Abır-həya unudulub, arxa plana keçib, milli-mənəvi-əxlaqi, müqəddəs dəyərlər tapdalanıb, ayaqlar altına sərilib…

Şəhid Xudayarımızın anası Radə xanımdan sonra “növbə” Şəhidlər anası Nəhayət xanıma, Nəhayət Həsənovaya çatıb…

İndi də İKİ ÖVLADInı, İKİ OĞLUnu Vətən, bizlər yolunda Şəhid vermiş, Oğullarsız, Övladlarsız qalmış Şəhid Anası-həm Mingəçevirli, həm də Goranboylu Şəhid qardaşlar-Musa və Tural Həsənovların Dərdli, Yaralı Anası Nəhayət Ana, Nəhayət Həsənova hədəf seçilib Nicat adlı özünütanımayan biri tərəfindən…

Sosial şəbəkədə paylaşılan statuslardan birinə yazdığı rəydə ağlına və ağzına gələni qatıqlayıb…ifadəmə görə üzr istəyirəm…

İftira və böhtanlar atıb Şəhidlər Anasına…

Vicdanı sızılmdamadan, vicdan əzabı çəkmədən…əgər vicdan deyilən şeydən xəbəri də varsa…

Bunu da ancaq adlarını çəkməyə, yazmağa belə iyrəndiyim üzdəniraq qonşularımız edə bilərdi ki, ancaq “özümüzünkü” onları da geridə qoyub …

“Fərasət”ə bax, “fərasətə”…

“Molodes”!!!

…Və belə üzdəniraqların, belə dönüklərin…qarşısı qanunla, hüquq müstəvisində vaxtında alınmasa…daha betər murdarlıqların, şərəfsizliklərin şahidi ola bilərik və olacağıq…

O zaman isə çox gec olacaq, çox gec!!!

Ona görə artıq Dövlət də öz sözünü deməli, öz ağırlığını ortaya qoymalı, belə halların, belə murdarlıqların təkrarlanmasına imkan verməməlidir…

Çünki Şəhidllər Dövlət, Vətən yolunda Şəhid olubllar…

Dövlət də, Vətən də Şəhidinə, Şəhid Anasına sahib çıxmalıdır!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin beş övladından, dörd qardaşdan biri və subay idi…Həm də peşəkar hərbçi, Giziriydi…21 il öncə-7 sentyabr 2005-ci il tarixində Şəhid oldu, nəşi bir gün sonra Əbədiyyətə uğurlandı, üç qohumu isə itkin Şəhidlərimizdəndir-SABAH ANIM GÜNÜ OLAN AĞCABƏDİLİ POLAD ƏLİYEV – FOTOLAR

Read Next

85 nəfər Vətən müharibəsi iştirakçısının övladlarına dərs ləvazimatları hədiyyə olundu-QAZİ ANAR MEHDİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir