Nəşinin qalıqları 31 ildən sonra, 2023-cü ilin oktyabr ayının 4-də Əbədiyyətə uğurlanan Birinci Qarabağ Savaşı Şəhidi Veysəl Qasım oğlu Qasımovun bu gün 40 mərasimidir.
Bununla bağlı bu gün səhər saatlarında Şəhidin İkinci Fəxri Xiyabandakı məzarı ziyarət olunub.
Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdə ailə üzvləri, Şəhid ailələri, Qazilər, indiki və keçmiş hərbçilər, din xadimləri, ziyalılar, Milli Məclis (MM) sədrinin müavini Adil Əliyev, İcra başçısı Rafiq Quluyev başda olmaqla, Xətai rayonun İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak ediblər.
Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Eyni zamanda, çıxışlar edilib.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, vitse-spiker Adil Əliyev çıxış ediblər.
Çıxışlarda Şəhidin ailəsinə bir daha Allahdan səbr və dözüm arzulanıb.
Vitse-spiker Adil Əliyev bildirib ki, işğala, təcavüzə məruz qalan Azərbaycan çox zülmlər, əziyyətlər çəkib.
“Xalqımız işğal illərində çox zülmlər, əziyyətlər çəkib. Xüsusilə, evlərindən digərgin düşmüş, Şəhid vermiş insanların nələr çəkdiyini bir özləri, bir də Uca Allahımız bilir. Çox şükürlər olsun ki, artıq işğal da, acılarımız da geridə qaldı. Düşmən üzərində birdəfəlik və əbədilik Qələbə və Zəfər qazanıldı…
…Dünya malı, dünya bər-bəzəyi bu dünyada qalandır. Şəhid ailələri də heç nə istəmirlər, onların, sadəcə, mənəvi dəstəyə, qayğıya ehtiyacları var. Ona görə hər bir kəs onları öz ailəsi, Şəhidlərimizi öz qardaşı, öz dostu, öz doğması, öz əmisi, öz dayısı, öz yaxını bilməlidir. Bu, onlar qarşısında hər birimizin borcudur”-deyə, A. Əliyev çıxışında bildirib.
Məzarını bir saata yaxın çəkən ziyarətdən sonra “Nur” mərasim evində Şəhidin adına ehsan verilib, bir daha ruhuna dualar olunub.
***
FOTOLAR:














***














***






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az