Dünya Bankı, Valyuta Fondu və Ümumdünya Ticarət Təşkilat sıradan çıxacaq? – BAXIŞ

Qloballaşma artıq arxada qaldı. Biz ona “əlvida” deməli və diqqətimizi yaranmaqda olan çoxqütblü dünyaya yönəltməliyik.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili deyib.

Onun iddiasına görə, yeni dünyada ən azı 3 böyük region dominantlıq edəcək: Amerika, Avropa Birliyi və Çin-Mərkəzi Asiya.

mirkisili tahir

“Hər 3 mərkəzin iqtisadi siyasətə, azadlıqlara, müharibəyə, texnologiyalara və cəmiyyətə çox fərqli yanaşmaları olacaq. Rusiya, Böyük Britaniya, Yaponiya, Türkiyə kimi orta ölçülü ölkələr yeni dünyada öz yerlərini tapmaq üşün mübarizə aparacaqlar, kiçik ölçülü ölkələrlə birlikdə koalisiya yaratmağa çalışacaqlar. 20-ci əsrin institutları – Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Ticarət Təşkilatı – sıradan çıxacaqlar…”-deyən millət vəkili onu da qeyd edib ki, Azərbaycan gələcək hər 3 dominant region ilə strateji münasibətlər qurur.

“Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, 20-ci əsrin beynəlxalq təşkilatları ilə milli maraqlara əsaslanan əməkdaşlıq edir.

Yəni, dünyanın gələcək siyasi modelinə indidən hazırlaşır”-deyə, o, sözlərinə əlavə edib.

K.HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Təyyarə dağa çırpıldı: 3 nəfər həlak oldu, 1 nəfər yaralandı – ABŞ-DA

Read Next

Vilayət Eyvazovu kimi əvəzləyəcək: Qafarov, Bağırov, yoxsa?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir