Dünya çempionatında Azərbaycanı səkkiz samboçu təmsil edəcək

Noyabrın 9-14-də Bolqarıstanın paytaxtı Sofiyada sambo üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycan Sambo Federasiyasından (ASF) Etikxeber.az-a bildiriblər ki, mundialda ölkəmizin idman şərəfini Ağasif Səmədov (52 kq), Fərid Yusifov (57 kq), Yusif Nəbiyev (62 kq), Emil Həsənov (68 kq), Amil Qasımov (74 kq), Vüqar Bayramov (82 kq), Murad Rəcəbli (90 kq) və Nizami Məmmədov (100 kq) qoruyacaqlar.

Yığmamız yarışda ASF-nin prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq.

Dünya çempionatında ölkəmizi hakim qismində Cabir İsmayılov təmsil edəcək.

Etikxeber.az

Read Previous

“Neftçi İdman Klubu”nun kikboksçuları Avropa çempionatında dörd medal qazanıb

Read Next

Avropa İttifaqı-Türkiyə razılaşmaları iflasa uğraya bilər – Milan Xovanets

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir